Press "Enter" to skip to content

Anadolu Universitetinin təmsilçisi Avropadan 2 medalla qayıdıb

Gülsena Karakuyulu Ertunç Avropada üçüncü yeri tutaraq bürünc medal qazanıb

Son yeniləmə: 30 Noyabr 2023 11:01

BAYRAQDAR MEDİA – 2014-cü ildən Milli Komandanın heyətində yer alan Gülsena Karakuyulu Ertunç tatamidəki uğurları ilə Türkiyəni və Anadolu Universitetini qürurlandırmağa davam edir.

Bu barədə eskişehir.net məlumat yayıb.

Bildirilib ki, Avstriyanın İnsbruk şəhərində keçirilən 2023-cü ildə Taekvondo Poomse üzrə Avropa Çempionatında döşək üzərinə çıxan Gülsena Karakuyulu Ertunç 18 yaşdan yuxarı sərbəst fərdlər kateqoriyasında Avropada üçüncü yeri tutaraq bürünc medal qazanıb.

Bundan başqa 18 yaşdan yuxarı sərbəst cütlük kateqoriyasında milli idmançılar Gülsena Karakuyulu Ertunç və Aykut Taşgın Avropa ikincisi olmaqla gümüş medala sahib olublar.

Mission News Theme by Compete Themes.