Press "Enter" to skip to content

Rektor yarışları izləyib

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 4 Dekabr 2023 11:44

BAYRAQDAR MEDİA – Kütahya Dumlupınar Bağlı İdman Salonunda 3 dekabr Ümumdünya Əlillər Günü çərçivəsində proqram təşkil olunub.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “yarışları izləyən Dumlupınar Universitetinin (DPÜ) rektoru Prof. Dr. Süleyman Kızıltoprak, “Bütün iştirakçıları təbrik edirəm. “Onların hamısı bizim qəlbimizdə birincidir” deyib.

Məlumata əsasən, tədbirlə bağlı sosial media hesabından paylaşım edən rektor Süleyman Kızıltoprak bunları qeyd edib: “3 dekabr Dünya Əlillər Günü çərçivəsində təşkil edilən proqramda Dumlupınar Bağlı İdman Salonunda maneələrin necə dəf edildiyinin şahidi oluruq. Universitetimizin tələbə cəmiyyətləri ilə birlikdə yarışlarda iştirak edən bütün iştirakçıları təbrik edirəm. Onların hamısı bizim qəlbimizdə birincidir”.

Mission News Theme by Compete Themes.