BAYRAQDAR MEDİA – TÜRKSİD (Türkiyə Ukrayna Rumıniya Krım Sənayeçi İş Adamları Dərnəyi) Krım Tatarlarının milli lideri Mustafa Əbdülcemil Krımoğlunun 80 illik yubileyi münasibətilə şam yeməyi təşkil edəcək.
Kirim Haber Ajansının məlumatına görə, TÜRKSİD tərəfindən təşkil edilən proqram 12 dekabr 2023-cü il tarixində İstanbulda keçiriləcək: “Mərasimə TÜRKSİD-in fəxri prezidenti və Krım Tatarlarının milli lideri M.Krımoğlu ilə yanaşı, Ukraynanın baş konsulu Roman Nedilskiy, Polşanın baş konsulu Vitold Lesniak, Rumıniyanın baş konsulu Adriana Ciamba, Bolqarıstanın baş konsulu Angel Milev Milev Angelov, Moldovanın İstanbul baş konsulu Gnan Anjelov və G. Proqrama Davud Gül də qatılacaq”.





