Press "Enter" to skip to content

Mikro sahibkarlıq subyekti olan fiziki şəxslər üçün güzəşt

Son yeniləmə: 12 Yanvar 2024 14:20

BAYRAQDAR MEDİA – “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ndə dövriyyəsi aşağı olan fiziki şəxslərin özlərinə görə ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması nəzərdə tutulub”.

Dövlət Vergi Xidmətindən BAYRAQDAR MEDİA-ya yanvarın 12-də verilən məlumatda belə deyilir.

Bildirilir ki, “mikro sahibkarlıq subyektlərinin maliyyə – iqtisadi vəziyyəti təhlil edilərkən mövcud vəziyyətdə onların əldə etdikləri gəlirlərin sabit sosial xarakterli xərclərinin ödənilməsi üçün yetərli olmadığı müəyyənləşdirilib. Belə olan halda, bu cür xərclər yeni fəaliyyətə başlayan mikro sahibkarlıq subyektləri üçün əlavə maliyyə yükü yaratdığından sosial sığorta haqlarının vergi öhdəlikləri ilə əvəzləşdirilməsi nəzərdə tutulub”.

Məlumata görə, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə mikro sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlılığının təmin edilməsi və sosial sığorta yükünün dövlət büdcəsi vəsaiti hesabına kompensasiyası məqsədilə onların özlərinə görə ödədikləri sosial sığorta haqqı məbləğlərinin 25 faizinin dövlət büdcəsinə ödənilməli olan vergi məbləğindən çıxılması təsbit olunub: “Bununla da, həm çəkilən xərclərin kompensasiyası, həm də qeyri-rəsmi dövriyyələrin “ağardılması” hədəflənir, eyni zamanda, dəyişiklik sosial – iqtisadi siyasət çərçivəsində böyük kütləni əhatə edən mikro sahibkarlıq subyektlərinə dövlət dəstəyinin təzahürü kimi çıxış edir”.

Mission News Theme by Compete Themes.