BAYRAQDAR MEDİA – Dünya Axısxa Türkləri Birliyi başqanı Ziyaaddin Kassanov İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsinə dair təbrik açıqlaması yayımlayıb.
BAYRAQDAR MEDİA-ya daxil olan açıqlamada, “Azərbaycan Qarabağ Zəfərini demokratiya zəfəri ilə taclandırdı. Prezident İlham Əliyev və Azərbaycan xalqını təbrik edirəm. Məsələləri və dərdləri ilə eyni, gələcəyi də ortaq olan Azərbaycan və Türkiyənin iş birliyi bölgənin və dünyanın barışı baxımından böyük bir önəmə sahibdir. İki dövlət – tək millət olaraq gəlişməkdə olan ölkələrimizi əngəlləmək istəyən güclərə qarşı da birlik və bərabərlik şüuru içində olduğumuz qətidir. Ulu Öndər Heydər Əliyevin yolundan dəyərli dövlət adamı İlham Əliyev davam etməkdədir. Yolumuza davam edərkən əngəllər ola bilər, amma Azərbaycan bu əngəllərin hamısını aşır və aşacaqdır” deyə bildirilir.