Press "Enter" to skip to content

Şərabçılıq turizmi üzrə imkanlar İtaliyada nümayiş olunur

Azərbaycan milli stendi

Son yeniləmə: 27 Fevral 2024 15:21

BAYRAQDAR MEDİA – Azərbaycanın qastroturizm və enoturizm imkanlarının təbliğatının bir hissəsi olaraq icma əsaslı şərabçılıq ənənələri İtaliyanın Boloniya şəhərində keçirilən “Slow Wine” yarmarkasında təmsil olunur.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Məlumata görə, “Slow Food” hərəkatının tərkib hissəsi kimi “Slow Wine” hər bir şərab bölgəsinin unikal üzüm sortlarının xüsusiyyətlərini əsas götürərək mədəni və bioloji müxtəlifliyi, ətraf mühitə təsirlərin azaldılmasına, dayanıqlı istehsala və aqroekoloji təcrübəyə əsaslanan ənənələrin qorunmasını təbliğ edir: “Mindən çox şərabçı və şərab zavodu nümayəndəsinin, o cümlədən 10 mindən çox ziyarətçinin iştirak etdiyi yarmarkada ölkəmizi “Slow Wine” tələblərinə uyğun şəkildə istehsalı həyata keçirən “F.A. Valley” və “Meyvi Spirits” şərab istehsalçıları təmsil edirlər. Yarmarka zamanı şərabların dequstasiyası üçün milli istehsal nümunələrindən olan biomüxtəliklik məhsulları qonaqlara təqdim edilir”.

Qeyd olunub ki, Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov milli stendi ziyarət edib və təqdim edilən məhsullarla yaxından tanış olub: “Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Rəşad Əliyev “İcma üzümləri: yerli üzüm sortlarının gücləndirilməsi və şərab turizmi” mövzusunda olan panel müzakirələrdə çıxış edərək Mədrəsə üzüm sortunun timsalında unikal yerli üzüm sortları üzərində aparılan işlər haqqında məlumat verib. Tədbir çərçivəsində, həmçinin “Slow Wine” şəbəkəsinin rəhbəri Ludoviko Rokatello ilə işgüzar görüş keçirilərək beynəlxalq təcrübənin öyrənilməsi və ökəmizdə bu sahədə həyata keçirilməsi planlaşdırılan işlər haqqında fikir mübadilə aparılıb”.

Mission News Theme by Compete Themes.