Press "Enter" to skip to content

Bakıda PISA üzrə II ICESCO Nazirlər Konfransı olacaq

Konfrans olacaq

Son yeniləmə: 8 May 2024 13:18

BAYRAQDAR MEDİA – 13-14 may tarixlərində Bakı Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) üzrə II İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Nazirlər Konfransına ev sahibliyi edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “ETN, Təhsil İnstitutunun təşkilatçılığı, ICESCO və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçiriləcək Beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub. Konfransda 30-a yaxın ölkədən 50-dən çox nümayəndə iştirak edəcək. Konfransın məqsədi ölkələrin qiymətləndirmə çərçivələrini öz unikal təhsil landşaftlarına uyğunlaşdırmaq, daha effektiv, uyğun qiymətləndirmə sistemlərini inkişaf etdirmək üçün istifadə oluna biləcək əsas məqamları və ən yaxşı təcrübələri müəyyənləşdirməkdir”.

Daha sonra xəbərdə, “təqdimat və interaktiv müzakirələr formatında keçiriləcək konfrans zamanı iştirakçılar ICESCO-ya üzv ölkələrin kontekst və prioritetləri arasında yaxınlaşma və divergensiya sahələrini, qiymətləndirilən bacarıq və sahələr, həmçinin beynəlxalq qiymətləndirmələrin kontekstual məlumat toplama üsullarını və metodologiyalarını araşdıracaqlar” deyə bildirilir.

Qeyd edək ki, inkişaf etmiş ölkələrin üzv olduğu İƏİT (OECD) və onun tərəfdaş ölkələrini əhatə edən, dünyanın ən böyük şagird qiymətləndirmə tədqiqatı hesab olunan PISA 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə bilik, bacarıq və səriştələrini ölçür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.