Press "Enter" to skip to content

“Heydər Əliyev və natiqlik” mövzusunda tədbir

Tədbir iştirakçıları

BAYRAQDAR MEDİA – Mayın 7-də Suraxanı Gənclər Evinin və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi” layihəsi çərçivəsində “Heydər Əliyev və natiqlik” mövzusunda tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Gənclər Evindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Mətanət Zeynalova, Gənclər Evinin direktoru Natəvan Rüstəmova, TAİB-in sədr müavini, sabiq dövlət qulluqçusu Eyvaz Hümmətov, TAİB-in idarə heyətinin üzvü, dövlət qulluqçusu Nüsrət Paşayev, qurumun aparat rəhbəri və Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar, Neftçilər Həmkarlar İttifaqının uzun müddət sədri olmuş, şair publisist Zaməddin Həmzəyev, Suraxanı rayon Heydər Əliyev Mərkəzində fond müdiri Zəkiyə Hacıyeva, qiraətçi, bədii rəhbər Bəhiyyə Nağıyeva, rayon gəncləri, müəllimləri və digər qonaqlar iştirak edib. Azərbaycanın Dövlət Himni, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların ruhu bir dəqiqəlik sükutla yad edilməklə başlayan tədbir N.Rüstəmovanın açılış sözü ilə davam edib”.

Sonra xəbərdə, “tədbir zamanı E.Hümmətov çıxış edərək H.Əliyevin mütəfəkkir dövlət xadimi, dövlətin keşiyində duran bənzərsiz insan və zəmanəsinin görkəmli natiqlərindən biri olduğundan söz açıb. Ardınca digər qonaqlar çıxış edib və sonda B.Nağıyeva tərəfindən “Azərbaycan” şeiri səsləndirilib”.

Tədbirin sonunda “Heydər Əliyev irsi” layihəsi çərçivəsində “Parlaq Zəka 2” intellektual oyununun final mərhələsinin iştirakçılarının təltifetmə mərasimi keçirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.