Press "Enter" to skip to content

Mayın 9-da Bakıda bu yollar bağlı olacaq

Yollar bağlanır

BAYRAQDAR MEDİA – Mayın 9-da paytaxtın Xaqani bağı yaxınlığındakı bəzi ərazilərə avtomobillərin girişi müvəqqəti dayandırılacaq.

Bu haqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat verib.

Xəbərdə deyilir ki, “Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunacaq. AzParking mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana biləcəklər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınacaq və onlar əraziyə buraxılacaq. Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov küçəsinə, çıxış isə Yusif Məmmədəliyev küçəsindən təmin olunacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.