Press "Enter" to skip to content

MEK istifadəçilərinin sayı artmaqda davam edir

MEK-də oxu zalı

Son yeniləmə: 10 May 2024 13:39

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yaradılan rahat kitabxana mühiti oxucuların sayının artmasına da təsir edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “cari ilin birinci rübündə MEK-in xidmətlərindən istifadə etmək üçün kitabxanaya abunə olan oxucuların sayı artıb. Bu da kitabxananın ümumi oxucularının sayının artmasına təsir göstərib. Son ayların nəticəsinə əsasən kitabxananın həm saxlancından, həm də yardımçı fondlarından ümumilikdə 5 minə yaxın sənəd oxucuların istifadəsinə verilib. Bundan əlavə, MEK istifadəçilərə onlayn xidmət vasitəsilə müxtəlif dillər və mövzular üzrə sənədlər təqdim edib”.

Xatırladaq ki, informasiya resurslarını mərkəzləşdirən və əlaqələndirən müasir kitabxana – informasiya sistemi kimi fəaliyyət göstərən MEK-ə yaşı 18-ə çatmış şəxslər abunəlik əldə edə bilər. Onu da qeyd edək ki, AMEA-nın əməkdaşları, şəhid ailə üzvləri, veteranlar, qazilər üçün kitabxana tam ödənişsiz xidmət göstərir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.