Press "Enter" to skip to content

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl CabbarovDünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysla görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə tərəfdaşlıqdan məmnunluq ifadə olunub, Dünya Bankı Qrupu ilə işbirliyi çərçivəsində infrastruktur, məşğulluq və digər sahələrdə həyata keçirilən layihələrin ölkəmizdə iqtisadi inkişafı dəstəklədiyi vurğulanıb. Qurumun Azərbaycanın inkişaf səylərinə sadiq olduğudiqqətə çatdırılıb. 2025-2029-cu illər üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirəcəyi, Azərbaycanın daha yaşıl və inlküziv iqtisadiyyata keçidini dəstəkləyəcəyi qeyd olunub”.

Məlumata görə, tərəflər “Yaşıl və dayanıqlı şəhərlər” layihəsi çərçivəsində birgə fəaliyyət, infrastruktur və bərpaolunan enerji sahələrində təşəbbüslər və digər potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.