Press "Enter" to skip to content

AZSİF-in idmançıları Mersində turnirində birinci olub

AZSİF-in idmançıları Mersində turnirində birinci olub

BAYRAQDAR MEDİA – Türkiyənin Mersin şəhərində keçirilən 9-cu “Uluslararası Altın Kanca Surfkastinq Turnuvası” başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Su İdmanı Federasiyasından (AZSİF) daxil olub.

Xəbərdə deyilir ki, “02–04 oktyabr tarixlərini əhatə edən çempionatda Azərbaycan bayrağını yüksəklərə qaldıran Bakı Balıqçılar Klubunun idmançıları Çingiz Qəniyev və Nəcəf Qurbanov ölkələr arası yarışda birinci yerə layiq görülüblər. Gərgin və rəqabətli şəraitdə keçən turnirdə Azərbaycana qələbə qazandıran idmançılar Kuzey Kıbrıs Türk Cümhuriyyəti, Tunis, Yunanıstan və Mərakeşdən gələn güclü rəqibləri geridə qoymağı bacarıblar. Qeyd edək ki, Azərbaycan idmançıları bu mötəbər beynəlxalq çempinonata Gənclər və İdman Nazirliyi və AZSİF-in dəstəyi ilə qatılıblar. Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edən nümayəndə heyətinin bu uğuru milli idman tarixinə növbəti parlaq qələbə kimi yazılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.