Press "Enter" to skip to content

İki qardaş ölkə arasında əlaqələr genişlənir

Bayraqlar

Elnur Əliyev: Özbəkistanla ticarət dövriyyəsi bu ilin yanvar-aprel aylarında 3 dəfədən çox artıb

BAYRAQDAR MEDİA – Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticarət əlaqələri genişlənir.

Bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

İqtisadiyyat Nazirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Azərbaycan-Özbəkistan: İqtisadi tərəfdaşlığın vektoru” mövzusunda panel sessiya keçirilib.

Sessiyada çıxış edən nazir müavini bildirib ki, Özbəkistanla ticarət dövriyyəsi bu ilin yanvar-aprel aylarında 3 dəfədən çox artıb: “İqtisadi münasibətlərin möhkəmləndirilməsində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti kimi mexanizmlər mühüm rol oynayır. Bununla yanaşı, digər birgə fəaliyyət platformalarının formalaşdırılmasıiqtisadi tərəfdaşlığı stimullaşdıra bilər”.

Mission News Theme by Compete Themes.