BAYRAQDAR MEDİA – Azərbaycan Tennis və Padel Federasiyasının (ATPF) təşkilatçılığı ilə “Crocus Fitness Sea Breeze” beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ATPF-dən daxil olub.
Xəbərdə bildirilir ki, “italiyalı Rikkardo Sinikropi – Stiv Pyernikola Strakuadaini cütü çempion olub. Ukraynalılar – Artyom Avdiyev və Boqdan Levçuk gümüş medal qazanıb. İlk üçlüyü isə israilli Aleksandr Qluşko və Alon Fayman tamamlayıb. Mükafatları ATPF-in vitse-prezidenti Mehman Qocayev, icraçı direktor Səbirə Abdullayeva və baş məşqçi Yalçın Manaflı təqdim edib”.
Sonra xəbərdə deyilir ki, “Beynəlxalq mübarizədə Azərbaycanla yanaşı, İtaliya, Moldova, Türkiyə, Gürcüstan, Latviya, Sudan, Ukrayna, İsrail və Qazaxıstandan olan idmançılar iştirak edib. Ümumilikdə isə 30 padelçi medallar uğrunda yarışıb”.





