Press "Enter" to skip to content

Eskişehirdə “Şeir və ağıtlarda Xocalı” anım proqramı keçirilib

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Eskişehirdə 34 il əvvəl Xocalıda həyatını itirən soyqırımı qurbanlarını anmaq məqsədilə “Şeir və ağıtlarda Xocalı” adlı anım proqramı keçirilib. Geniş iştirakla reallaşam proqramda duyğulu anlar yaşanıb.

Himn oxunarkən
Himn oxunarkən

Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.

Məlumata görə, proqram başda Xocalı şəhidləri olmaqla, bütün türk dünyası şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb: “Ardınca Türkiyənin İstiqlal Marşı və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib”.

Valeh Hacıyev
Valeh Hacıyev

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev Xocalıda yaşanan faciənin unudulmamalı olduğunu bildirərək, tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb.

Sirac Yaquboğlu
Sirac Yaquboğlu

Proqram çərçivəsində Eskişehir Azərbaycanlılar Dərnəyinin Gənclər Qollarının Media Komandası tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Günün məna və əhəmiyyəti ilə bağlı çıxış edən Dərnək sədrinin müavini Sirac Yaquboğlu Xocalıda baş verənlərin yalnız Azərbaycanın deyil, bütün türk dünyasının ortaq ağrısı olduğunu ifadə edib.

Tədbirdə azərbaycanlı gənclər səhnəyə çıxaraq Xocalı şəhidlərinin xatirəsinə şeirlər və ağıtlar səsləndiriblər.

Cavid Aydın
Cavid Aydın

Proqramın bağlanış nitqini edən Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri, uzman əczaçı Cavid Aydın Xocalıda yaşananların gələcək nəsillərə ötürülməsinin vacibliyinə diqqət çəkib.

Proqram şəhidlərin ruhuna edilən dua ilə başa çatıb.

Mission News Theme by Compete Themes.