Press "Enter" to skip to content

Fermerlərə subsidiya ödənişləri davam edir

Fermerlərə subsidiya ödənişləri davam edir

BAYRAQDAR MEDİA – Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və payızda əkilən çoxillik əkmələr üzrə bu günədək ümumilikdə 277 min 825 fermerə 810 min 810 hektar sahə üzrə əkin subsidiyası ödənilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AKİA-dan daxil olub.

Xəbərdə deyilir ki, “hazırda payızlıq əkinlər üzrə məlumatların və torpaq sənədlərinin yoxlanılması prosesi davam edir. Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərin ödənişləri mərhələli qaydada aparılır”.

Subsidiyaların ödənişi davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.