Press "Enter" to skip to content

U-20 millisində yeni təyinat

BAYRAQDAR MEDİA – 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinat həyata keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “qərara əsasən, Vaqif Cavadov U-20-nin köməkçi məşqçisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, futbolçu karyerası ərzində Azərbaycanda “Qarabağ”, “Bakı”, “Keşlə” (hazırkı “Şamaxı”), “Xəzər Lənkəran”, “Qəbələ”, “Sumqayıt”, AZAL kimi klublarda çıxış etmiş V.Cavadov Niderlandda “Tvente”, Rusiyada “Volqa”, Türkiyədə “Qaziantep BB” və “Boluspor”un heyətində legioner həyatı yaşayıb. O, 2006-2014-cü illər ərzində Azərbaycan millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub”.

Sonra xəbərdə, “2020-ci ildə məşqçiliyə başlayan V.Cavadov “Sumqayıt”da və qısa müddət Qazaxıstanın “Turan” klubunda fəaliyyət göstərib. Məşqçiliyə “Sumqayıt”ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra “Sumqayıt-2”də baş məşqçi kimi çalışıb. O, 2024/2025-ci illər mövsümünün ikinci yarısında “Sumqayıt”ın əsas komandasının baş məşqçisi olub” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.