Press "Enter" to skip to content

Əlavə qatar reysləri təyin edilib

Qatar

BAYRAQDAR MEDİA – 4 və 5 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.

Bu barədə Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, bu tarixlərdə hər iki istiqamətə səfərlər təşkil ediləcək.

Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Mission News Theme by Compete Themes.