BAYRAQDAR MEDİA – Azərbaycan Badminton Federasiyası (ABF) ilə Dünya Badminton Federasiyasının birgə əməkdaşlığının nəticəsi olaraq “BWF Membership Grants” layihəsi çərçivəsində Azərbaycanda həyata keçirilən “Shuttle Time” proqramı bu dəfə Lənkəranda təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ABF-dən daxil olub.
Xəbərdə bildirilir ki, “layihənin əsas məqsədi Azərbaycanda badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri yetişdirməkdir. Lənkəran Şəhər Olimpiya İdman Kompleksində keçirilən məşqlərə 60 məktəbli qatılıb. Məktəblilərə ilk olaraq badminton idman növünün qaydaları izah olunub, sonra məşqlərə başlanılıb”.
Bildirək ki, layihənin tətbiqi cari ildə daha öncə Gəncə və Şirvan şəhərlərində icra olunub.
Sözügedən proqram Dünya Badminton Federasiyasının, Avropa Badminton Konfederasiyasının, Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilir.






İlk şərhi yaza bilərsiniz