Press "Enter" to skip to content

Polis İdarəsinin rəisi rektoru ziyarət edib

Görüşdən foto

BAYRAQDAR MEDİA – Ardahan Vilayət Polis Rəhbəri Oğuz Tüzün, Ardahan Universitetinin rektoru Prof. Dr. Öztürk Emiroğlunu ziyarət edib.

Universitetin məlmatına əsasən görüş çərçivəsində, Baş Polis İdarəsinin Kriminal Dairəsi tərəfindən hazırlanmış böyük bir əsər universitetə təqdim olunub. Əsərdə, səhiyyə və inzibati elmlər fakültələrində dərslərə əsaslıq edə biləcək mühüm mövzular əks olunub.

Rektor, elm dünyası və hüquq elmləri üçün böyük əhəmiyyət daşıyan bu geniş əsərin universitet kitabxanasına bağışlanmasından məmnunluğunu ifadə edərək Cənab Tüzünə təşəkkür edib.

Ziyarət, qarşılıqlı xoşməramlı arzuların çatdırılması və günün xatirəsi olaraq çəkilən fotoşəklin ardından sona çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.