Press "Enter" to skip to content

Nazirin Goranboydakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Nazirin Goranboydakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazovun aprelin 17-də Goranboyda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “qəbul aprelin 24-də saat 11:00-dan başlayaraq Goranboy rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ2200, Goranboy şəhəri, Dədə Qorqud küçəsi, bina 27) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün EN-in “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Gəncə filialı (əlaqələndirici şəxs: Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: office.ganja@regulator.gov.az), EMTA-nın Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov, əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: office.mingachevir@regulator.gov.az) və EMTA-nın Qarabağ filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.garabagh@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər”.

Həmçinin Nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.