BAYRAQDAR MEDİA – Iğdırda yaz fəslində müşahidə olunan günəşli havadan sonra yağan qar, xüsusilə yüksək ərazilərdə yenidən qış mənzərəsi yaradıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumatda deyilir ki, bölgədə yaz özünü göstərməyə çalışsa da, hava şəraiti gözlənilməz dəyişib: “Bir neçə gün davam edən günəşli və mülayim havadan sonra temperatur yenidən aşağı düşüb və xüsusilə yüksək ərazilərdə qar yağışı müşahidə olunub. Səhər saatlarında oyanan sakinlər Iğdır düzənliyini əhatə edən Ağrı dağı, Zor, Pamuk və Tekaltı dağlarının yenidən ağ örtüyə büründüyünü görüblər. Aprel ayında yağan qar bölgədə diqqət çəkib və mənzərə kartpostal görüntüləri yaradıb”.
Məlumata əsasən, Iğdır sakini Harun Cengiz bildirib ki, bu il qış şəraiti adi haldan fərqlənir. Onun sözlərinə görə, apreldə hələ də qar yağmasının müşahidə olunması diqqətçəkicidir və sakinlər qış geyimlərini hələ yığışdırmayıblar.






İlk şərhi yaza bilərsiniz