BAYRAQDAR MEDİA – Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər kuboku” davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından (AGF) daxil olub.
Xəbərdə deyilir ki, “U17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ikinci günündə 6 Azərbaycan güləşçisi fəxri kürsüyə yüksəlib. Sərbəst güləşdə Hüseyn Rzazadə (48 kq) gümüş, Abbas Şəfiyev (55 kq) və Elgün Kərimli (92 kq) isə bürünc medal qazanıb. Yunan-Roma güləşində isə Ömər Salmanovla (48 kq) Qurban Məcnunov (55 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medalın sahibi olublar. Yusif Mirzəyev (48 kq) isə gümüş medalı boynundan asıb”.





