Press "Enter" to skip to content

Keyfiyyətə əsaslanan yeni mərhələ

Pamukkale Universiteti

BAYRAQDAR MEDİA – Pamukkale Universitetinin (PAÜ) rektoru, Prof. Dr. Mahmud Güngör vəzifəyə başladıqdan sonra ötən bir il ərzində həyata keçirilən işlər barədə mətbuat nümayəndələri ilə görüşündə məlumat verib. “PAÜ-də 365 Gün” adlı proqram çərçivəsində keçirilən təqdimatda o, institusional transformasiyadan akademik uğurlara, beynəlmiləlləşmədən infrastruktur yatırımlarına qədər bir çox sahədə əldə olunan diqqətəlayiq nəticələri açıqlayıb.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, Pamukkale Universitetinin rektorluğunda keçirilən toplantıda çıxış edən rektor vurğulayıb ki, “iş mühiti harmoniyası”na əsaslanan “iştirakçı liderlik və şəffaf idarəetmə” prinsipləri universiteti həm milli, həm də beynəlxalq səviyyədə daha güclü mövqeyə daşıyıb: “Yeni idarəetmə yanaşması ilə ilk mərhələdə universitetdə institusional aidiyyət hissinin gücləndirilməsinə diqqət yetirildiyini bildirən rektor, idarəetmə proseslərində şəffaflıq və iştirakçılığın ön plana çıxarıldığını qeyd edib. O, həmçinin akademik qiymətləndirmə sistemində 20 ildən sonra aparılan geniş yenilənmə ilə keyfiyyətə əsaslanan yeni mərhələnin başlandığını vurğulayıb”.

Akademik keyfiyyətin artırılması istiqamətində görülən işlərə də toxunan Mahmud Güngör bildirib: “Müəllimlərin vəzifəyə yüksəldilməsi və təyin olunması meyarlarını 20 ildən sonra ilk dəfə yenilədik. Son bir ildə 11 bakalavr, 7 subbakalavr olmaqla ümumilikdə 18 yeni akkreditasiya əldə etdik və akkreditə olunmuş bölmə və proqramların sayını 20-yə çatdırdıq”.

Yeni akademik bölmələr və proqramlarla universitetin təhsil imkanlarının genişləndirildiyini deyən rektor, süni intellekt, rəqəmsal kənd təsərrüfatı və mühəndislik sahələrində də yeni istiqamətlərin açıldığını əlavə edib.

Mission News Theme by Compete Themes.