BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Fransanın Nant şəhərindəki “Qarabağ” həftəsonu Azərbaycan məktəbini ziyarət edib, tədris prosesi ilə yaxından tanış olublar.
Bu barədə komitədən məlumat verilib.
Bildirilib ki, Azərbaycan və türk dünyası üçün böyük əhəmiyyət kəsb edən Qarabağ bölgəsinin adını daşıyan məktəbin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Nant şəhərində yaradılması və uğurla fəaliyyət göstərməsi diqqətə çatdırılıb: “Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən məktəbin rəhbəri Toğrul Zeynalov və müəllim Aynurə Hacıyeva tədris müəssisəsi ilə bağlı hesabat xarakterli çıxış ediblər. Komitə sədrinin müavini Vaqif Seyidbəyov məktəbin fəaliyyətinin əhəmiyyətinə diqqət çəkib, burada formalaşan bilik və dəyərlərin soydaşlarımızın gələcək həyatında mühüm rol oynayacağını qeyd edib, onlara təhsil uğurları arzulayıb”.
Görüş səmərəli fikir mübadiləsi, açıq dialoq mühitində keçirilib.





