Press "Enter" to skip to content

AAF-ın vitse-prezidenti EWF-in konqresində

AAF-ın vitse-prezidenti EWF-in konqresində

BAYRAQDAR MEDİA – Gürcüstanın Batumi şəhərində Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) növbəti konqresi keçirilir. Konqresdə Azərbaycanı Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü Firdovsi Umudov təmsil edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AAF-dan daxil olub.

Xəbərdə bildirilir ki, “əvvəlcə EWF-in prezidenti Astrit Hasani çıxış edərək konqresin proqramını diqqətə çatdırıb və illik hesabatı təqdim edib. Audit hesabatlarının təsdiqindən sonra 2026 və 2027-ci illərdə baş tutacaq yarışlarla bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra EWF-də boş qalan vəzifə yerlərinə növbədənkənar seçkilər keçirilib”.

Ardınca xəbərdə, “F.Umudov konqresdə iştirakı çərçivəsində EWF-in prezidenti Astrit Hasani, qurumun Baş katibi Milan Mixayloviç, eləcə də Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti Laşa Talaxadze ilə görüşüb. Təmaslar zamanı yarışların təşkili, qaydalardakı yeniliklər və ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb” deyə bildirilir.

Mission News Theme by Compete Themes.