BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) və Çinin Pekin Kimya Texnologiyası Universiteti (PKTU) arasında “Kimya” ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom proqramına dair müqavilə imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “sənədi BDU-nun rektoru Elçin Babayev və PKTU-nun prezidenti Tan Tianvei imzalayıb. İmzalanma mərasimində Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey də iştirak edib. Sözügedən ikili diplom proqramı ali təhsilin məzmununun təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və universitetlərin beynəlxalq elm və təhsil məkanında rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin mühüm nəticəsidir”.
Sonra xəbərdə, “tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən “Kimya” ixtisası üzrə bakalavriat səviyyəsində birgə tədris proqramı həyata keçiriləcək, proqram beynəlxalq akademik standartlara uyğunlaşdırılacaq və tələbələrə hər iki universitetin diplomunu əldə etmək imkanı yaradılacaq. Bu əməkdaşlıq müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edəcək” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz