Press "Enter" to skip to content

“ASAN Xidmət”də mülki müdafiə məşqi – VİDEO

“ASAN Xidmət”də mülki müdafiə məşqi

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi Salyan regional “ASAN Xidmət” Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “məşqə FHN-in Muğan Regional Mərkəzinin, Salyan rayon Yanğından Mühafizə Hissəsinin, Salyan regional “ASAN Xidmət” Mərkəzinin və TƏBİB-in tabeliyində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Salyan rayon stansiyasının müvafiq qüvvələri cəlb olunub. Mülki müdafiə məşqinin keçirilməsində məqsəd müəssisə əməkdaşlarının mülki müdafiə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi və bu sahədə onlara əməli vərdişlərin aşılanması olub”.

Ardınca xəbərdə, “tədbir zamanı müəssisənin müvafiq heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyəti yoxlanılıb. Uğurla keçirilmiş məşqdə funksional vəzifələrlə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.