Press "Enter" to skip to content

Azərbaycan güləşçiləri Albaniyada Avropa çempionatında

Azərbaycan güləşçiləri Albaniyada Avropa çempionatında

BAYRAQDAR MEDİA – Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir. Üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə başlanılıb və Azərbaycan millisinin 2 üzvü xalçaya çıxıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından (AGF) daxil olub.

Xəbərdə deyilir ki, “Elnurə Məmmədova (50 kq) ilk mərhələdə polşalı Aqata Qoluşovskaya “tuş”la məğlub olub. Günay Qurbanova (59 kq) debüt etdiyi qitə birinciliyinə 1/4 finaldan qoşulub və almaniyalı Elena Brügger üzərində inamlı qələbə qazanıb – 7:0. O, yarımfinalda ukraynalı dünya ikincisi Mariya Vinniklə qarşılaşıb”.

Görüşün sonuncu dəqiqəsinədək hesabda 2:0 öndə olan güləşçi son saniyələrdə rəqibin fəndlərinin qarşısını ala bilməyib – 2:6. G.Qurbanova aprelin 23-də bürünc medal uğrunda belaruslu Marta Hetmanava ilə güləşəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.