Press "Enter" to skip to content

Azərbaycanın daha 2 boksçusunun Dünya kubokunda qələbəsi

Azərbaycanın daha 2 boksçusunun Dünya kubokunda qələbəsi

BAYRAQDAR MEDİA – Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya kuboku davam edir. Reytinq xarakterli yarışın ikinci günündə rinqə çıxan Azərbaycan millisinin hər iki idmançısı qələbə qazanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.

Xəbərdə deyilir ki, “55 kq-da Zidan Hünbətov 1/16 finalda Aqustin Susloaqanı (Uruqvay) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşünü Rafael Lozano Serranoya (İspaniya) qarşı keçirəcək. Döyüş aprelin 23-də olacaq. Məhəmməd Abdullayev (+90 kq) də Dünya kubokuna qələbə ilə başlayıb. Boksçu 1/8 finalda Yakub Domuradı (Polşa) 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Abdullayev ikinci görüşündə Luka Pratljaçiçlə (Xorvatiya) üz-üzə gələcək. Döyüş aprelin 24-də baş tutacaq”.

Qeyd edək ki, Dünya kubokuna aprelin 26-da yekun vurulacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.