“Azərbaycan-Misir dostluğu nəsillərdən nəsillərə” sərgisi maraqlı anlarla yadda qalıb
BAYRAQDAR MEDİA – Bakıda anlamlı sərgi təşkil olunub. Belə ki, Misir Mədəniyyət Mərkəzində layihə rəhbəri Aygün Əzizovanın olduğu “Azərbaycan-Misir dostluğu nəsillərdən nəsillərə” sərgisi keçirilib. Beynəlxalq Qalereya və Misir Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan sərgidə müxtəlif bölgələrdən olan 120 rəssam iştirak edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Beynəlxalq Qalereyadan məlumat verilib.

Məlumatda deyilir ki, əsərlər Azərbaycan və Misir mədəniyyətinə və təbiətinə həsr olunub: “Sərgini giriş sözü ilə açan Misir Mədəniyyət Mərkəzinin rəhbəri Tarek Aboul Fotouh sərgi iştirakçılarını salamlayıb. O, Beynəlxalq Qalereya ilə əməkdaşlığı yüksək dəyərləndirdiyini və əməkdaşlığı yeni layihələrlə davam etdirəcəklərini bildirib. Sonra çıxış edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova Misir Mədəniyyət Mərkəzi ilə əməkdaşlığın uğurla davam etdiriləcəyini bildirib. O, Beynəlxalq Qalereya olaraq məqsədləri dövlətlər arasında mədəni əlaqələrinin inkişafına töhvə vermək olduğunu deyib”.
Məlumata əsasən, sərgidə RM ART Studionun rəhbəri, ADPK -nin müəllimi Rəsmiyyə Mahmudova, İnci AKademinin rəhbəri İnci Məstəliyeva , “Uğur Art Life” kursunun rəhbərləri – Jalə Məhyəddinova və Ruqiyyə Hüseynli, Şəhanə ART Studionun rəhbəri Şəhanə Paşayeva, “ABC School” Təhsil Mərkəzinin müəllimi Arzu Məmişova, AlMart Studionun rəhbərləri – Mariya Əliyeva və Almaz Məmmədzadə, Qönçə ART Studionun rəhbəri Qönçə Həzizadə və digər rəssamlar iştirak ediblər.
Açılış çıxışlarından sonra sərgiyə baxış keçirilib.
Sonda Misir Mədəniyyət Mərkəzi tərəfindən rəssamlara sərgidə iştirak sertifikatı təqdim olunub. Xatirə fotoları çəkilib.






İlk şərhi yaza bilərsiniz