Press "Enter" to skip to content

BŞTİ-dən yanğınla bağlı məlumat

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

BAYRAQDAR MEDİA – Aprelin 22-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin elektrik naqillərində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib.

Xəbər BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən daxil olub.

Bildirilib ki, “Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə dərhal məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb. İnternat məktəbindəki uşaqların və işçilərin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb”.

Qeyd edilib ki, hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.