Son yeniləmə: 21 Aprel 2026
BAYRAQDAR MEDİA – Süleyman Demirel Universitetində keçirilən tədbirdə sabiq FIFA nişanlı hakim Ali Palabıyık “Türk hakimliyinin gələcəyi” mövzusunda tələbələrlə görüşüb.
Bu barədə univeristetin məlumatında qeyd edilib.
Məlumta görə, o,, hakimliyin göründüyündən daha çətin, eyni zamanda böyük həvəs tələb edən bir peşə olduğunu vurğulayıb. 2000-ci ildə hobi kimi başladığı bu sahədə 24 il fəaliyyət göstərdiyini və 2023-cü ildə karyerasını başa vurduğunu bildirib.
Palabıyık qeyd edib ki, hakim qərarları təkcə oyuna deyil, bütöv şəhərlərə və azarkeş kütlələrinə təsir edir: “Verdiyimiz qərarlar insanların gündəlik həyatına qədər təsir göstərə bilir.”






İlk şərhi yaza bilərsiniz