Press "Enter" to skip to content

Azərbaycan millisi yenidən Avropa çempionu olub

Azərbaycan millisi yenidən Avropa çempionu olub

BAYRAQDAR MEDİA – Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından (AGF) daxil olub.

Xəbərdə bildirilir ki, “Azərbaycan millisi uğurlu çıxış edərək titulu qoruyub. Belə ki, 2 qızıl, 3 bürünc medal qazanan yığmamız 133 xalla yenidən Avropa çempion olub. Türkiyə (121) ikinci, Gürcüstan (118) isə üçüncü yeri tutub. Millinin heyətində Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.