Son yeniləmə: 23 Aprel 2026
BAYRAQDAR MEDİA – Süleyman Demirel Universiteti ilə Profesyonel Otel Yöneticileri Derneği əməkdaşlıq sazişi imzalanıb. Bu sənəd çərçivəsində turizm sektoru nümayəndələri tələbələrlə görüşlər keçirir.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, keçirilən görüşdə Galeri Resort Hotelin baş direktoru Murat Tokat iştirak edib.
Tədbirdə otel maliyyə idarəçiliyi, büdcələşdirmə, xərclərin idarə olunması və gəlirlilik analizi kimi mövzular müzakirə olunub. Məqsəd tələbələrə sahə üzrə praktiki biliklər qazandırmaqdır.










İlk şərhi yaza bilərsiniz