Press "Enter" to skip to content

İqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Görüş zamanı

Son yeniləmə: 23 Aprel 2026

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan–Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri, Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşüb.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb: “İki ölkə arasında həyata keçirilən layihələrin iqtisadi əməkdaşlığın gücləndirilməsində əhəmiyyəti qeyd olunub. Tərəflərqarşılıqlı sərmayələrin vəticarət dövriyyəsinin artırılması, birgə investisiya və infrastruktur layihələrinin icrası, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.