Son yeniləmə: 23 Aprel 2026
BAYRAQDAR MEDİA – Karsda qastronomiya və turizm görüşü keçirilib. Kars Vilayət Mədəniyyət və Turizm İdarəsi ilə Kafkas Universitetinin Turizm Fakültəsinin əməkdaşlığı ilə təşkil olunan tədbirdə qastronomiya ilə turizm arasındakı güclü əlaqə müzakirə olunub.
Universitetin məlumatına görə, Proqram çərçivəsində yerli mətbəxin turizmdəki rolu və regionun tanıdılmasına verdiyi töhfələr ön plana çıxarılıb: “Həmçinin, iştirakçılara qastronomiya turizminin inkişafı barədə məlumat verilib. Tədbirin diqqət çəkən məqamlarından biri isə aşpaz Emrah Fandaklının canlı çıxışı olub. Onun təqdimatı iştirakçılar tərəfindən böyük maraqla izlənilib”.
Rəsmilər bildiriblər ki, bu cür tədbirlər Karsın turizm potensialının artırılmasına bundan sonra da töhfə verməyə davam edəcək.






İlk şərhi yaza bilərsiniz