Press "Enter" to skip to content

Serdar Ünsal: Əsl soyqırımı ermənilər törədib

Serdar Ünsal

BAYRAQDAR MEDİA – Türkiye Azerbaycan Dostluk Dernekleri Federasyonu (TADDEF) sədr müavini Serdar Ünsal 24 aprel iddialarının tarixi faktlarla uzlaşmadığını bildirərək, “Bu iddialar tamamilə erməni və imperialist yalandır” deyib.

Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.

Məlumata görə, TADDEF sədr müavini Serdar Ünsal 24 aprel “erməni soyqırımı” iddiaları ilə bağlı yazılı açıqlama yayımlayıb. O, tarixi həqiqətlərin təhrif edildiyini qeyd edərək, əsl zərər çəkənin türk milləti olduğunu vurğulayıb: “24 aprel 1915-ci il “soyqırımın başlanğıcı” deyil, dövlətə qarşı fəaliyyət göstərən təşkilat üzvlərinin həbs edildiyi tarixdir. Onların “soyqırımın ildönümü” kimi təqdim etməyə çalışdıqları 24 apreldə heç kimin burnu belə qanamayıb. Yalnız təşkilat üzvləri və rəhbərləri saxlanılıb. Bir nəfər belə həyatını itirməyib. 1915-ci ildə ermənilər düşmənlə əməkdaşlıq edir, casusluq aparır, kişilərimiz cəbhədə olarkən kəndlərə hücum edib vəhşilik törədirdi. Müharibə şəraitində bunun cəzası edamdır, lakin yalnız köçürmə (məcburi köç) tətbiq olunub.”

Serdar Ünsal bildirib ki, 1915–1920-ci illərdə Anadoluda və Iğdırda baş verən hadisələri törədənlərin davamçıları son dövrlərdə Azərbaycanda, xüsusilə Xocalı və Qarabağda oxşar vəhşiliklər törədiblər. O, Doğu Anadoluda on minlərlə türk əhalisinin öldürüldüyünü bildirib.

“Qarabağ məğlubiyyətini qəbul edə bilməyən bəzi dairələrin hələ də türk və Azərbaycan bayraqlarını yandıraraq nifrət cinayətləri törədir” deyən S.Ünsal beynəlxalq ictimaiyyəti bu iddialara alət olmamağa çağırıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.