Press "Enter" to skip to content

Bu cür təxribat xarakterli aksiyalar ciddi suallar doğurur

Əli Orucov

Əli Orucov: Türkiyə bayrağının yandırılması kimi hərəkətlər bir daha göstərir ki, erməni cəmiyyətində hələ də radikal millətçilik və türkofobiya elementləri qalmaqdadır

BAYRAQDAR MEDİA – “2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu. Bununla da Ermənistanın onilliklər boyu davam edən işğal siyasətinə qəti şəkildə son qoyuldu.Bu proses eyni zamanda işğal dövründə Qarabağ və Şərqi Zəngəzur ərazilərində törədilmiş vandalizm aktlarının, mədəni və dini irsə qarşı həyata keçirilmiş dağıntıların, eləcə də insanlığa zidd cinayətlərin real miqyasını ortaya çıxardı. Aydın oldu ki, bu siyasət təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə regionun tarixi-mədəni kimliyinə qarşı yönəlmiş sistemli yanaşma olub”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında polotoloq Əli Orucov deyib.

O, həmçinin əlavə edib ki, bu gün isə regionda yeni reallıqlar formalaşdığı bir dövrdə Ermənistanda baş verən bəzi hadisələr ciddi narahatlıq doğurur: “Aprelin 23-də Ermənistan paytaxtında “erməni soyqırımı” ilə bağlı keçirilən tədbirlər zamanı Türkiyə bayrağının yandırılması kimi hərəkətlər bir daha göstərir ki, erməni cəmiyyətində hələ də radikal millətçilik və türkofobiya elementləri qalmaqdadır”.

Politoloq onu da qeyd edib ki, Ermənistan rəhbərliyi bir tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamağa, digər tərəfdən isə Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışdığı halda, bu cür təxribat xarakterli aksiyalar ciddi suallar doğurur: “Baş nazir Nikol Paşinyan-ın bu hadisəyə münasibət bildirməsi müsbət addım kimi qiymətləndirilə bilər, lakin bu, kifayət deyil. Əgər rəsmi İrəvan həqiqətən də sülh və əməkdaşlıq niyyətindədirsə, o zaman bu kimi hallara qarşı daha sərt və prinsipial mövqe ortaya qoymalı, qanunvericilik çərçivəsində konkret addımlar atmalıdır. Əks halda, Ermənistan cəmiyyətində mövcud olan radikal şovinist meyillər ölkənin sülh prosesinə inteqrasiyasını çətinləşdirəcək və regionda dayanıqlı sabitliyin təmin olunmasına maneə olaraq qalacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.