Press "Enter" to skip to content

Kənd təsərrüfatının yol xəritəsi müəyyənləşdiriləcək

Iğdır Universiteti

BAYRAQDAR MEDİA – Iğdır Universiteti Ziraat fakültəsi tərəfindən 28–29 aprel 2026-cı il tarixlərində “Iğdırın kənd təsərrüfatı problemləri və həll yolları” mövzusunda seminar keçiriləcək.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, seminar öncəsi rektor Prof. Dr. Ekrem Gürelin rəhbərliyi ilə hazırlıq iclası təşkil olunub. İclasda görülən işlər, planlaşdırılan sessiyalar və gözlənilən nəticələr geniş müzakirə edilib.

Tədbirdə dövlət qurumları, kooperativlər, qeyri-hökumət təşkilatları və fermerlərin iştirakı ilə çoxşaxəli əməkdaşlıq mühitinin yaradılması nəzərdə tutulur. Məqsəd problemlərin yerində müəyyən edilməsi və praktik həll yollarının hazırlanmasıdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.