Press "Enter" to skip to content

Sahibkarlığın inkişafına dair görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda sahibkarlarla görüş keçirilib.

Bu barədə KOBİA-dan məlumat verilib.

Məlumata görə, məqsəd rayonda sahibkarlığın inkişafına dair biznes subyektlərinin təklif və ehtiyaclarının öyrənilməsi, həmçinin dövlətin mövcud dəstək mexanizmləri barədə onların məlumatlandırılmasıdır: “Tədbirdə kənd təsərrüfatı, arıçılıq, ictimai iaşə, bağçılıq sahələrində fəaliyyət göstərən 70-ə yaxın biznes subyekti, eləcə də sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov regionda sahibkarlığın inkişafı, dövlətin dəstək mexanizmləri və biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, İsmayıllı rayonunda dağlıq və dağətəyi ərazilərin üstünlük təşkil etməsi kənd təsərrüfatı və turizm üçün əlverişli şərait yaradır. Bağçılıq, üzümçülük, taxılçılıq, heyvandarlıq, arıçılıq və tərəvəzçilik İsmayıllının iqtisadi profilini formalaşdıran aqrar sahələrdir. Emal yönümlü istehsal kənd təsərrüfatı məhsullarının ilkin və qismən dərin emalı üzərində formalaşıb, rayonda sənaye və ticarət sahələri də inkişaf edir”.

Məlumata görə, görüşdə sahibkarların heyvandarlıq sahəsinin genişləndirilməsinə dəstək, güzəştli kreditlərin alınması, satımalma prosesində KOB-ların iştirakı,tikiş müəssisəsinə mütəxəssislərin cəlb edilməsinə dəstək və s. kimiistiqamətlərdə müraciətləri dinlənilib, sualları cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.