BAYRAQDAR MEDİA – Təxminən 3 min illik tarixə malik Frig Vadisi baharın gəlişi ilə turist axınına məruz qalıb və 2026-cı il turizm mövsümü rəsmən açılıb.
Bu barədə sakaryagazetesi.com.tr nməlumat yayıb.
Məlumata görə, Afyonkarahisar, Eskişehir və Kütahya sərhədlərində yerləşən vadi isti havalarla yenidən diqqət mərkəzinə çevrilib: “İhsaniyə rayonuna bağlı Ayazini kəndi Frig, Roma və Bizans dövrlərinə aid qayadan oyma tikililəri ilə açıq hava muzeyini xatırladır. Bölgə həm də təbiət yürüşləri, velosiped marşrutları və düşərgə sahələri ilə turistləri cəlb edir. Yerli və xarici ziyarətçilər kəndin tarixi və təbii gözəlliklərinə heyran qaldıqlarını bildirirlər. Xüsusilə qayadan oyma strukturlar və yürüş marşrutları böyük maraq doğurur”.
Məlumatda bildirilib ki, turizm canlanması bölgə esnafını da sevindirib. Sahibkarlar aparılan bərpa və infrastruktur işlərinin kəndi daha cazibədar etdiyini vurğulayaraq hər kəsi bu əraziləri ziyarət etməyə çağırırlar.






İlk şərhi yaza bilərsiniz