BAYRAQDAR MEDİA – Türkiyədə Dövlət Xorunun 35 illiyi münasibətilə təşkil olunan xüsusi konsert Elazığda böyük coşqu ilə keçirilib.
Bu barədə elazigsonhaber.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, gecənin fəxri qonağı olan Naci Sönmez güclü ifası ilə tamaşaçıların rəğbətini qazanıb: “Dirijor Kenan Çimtayın rəhbərliyi ilə çıxış edən Elazığ Dövlət Klassik Türk Musiqisi kollektivi seçilmiş əsərləri uğurla təqdim edib. Konsert proqramı boyu səsləndirilən klassik musiqi nümunələri dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb”.
Tədbir Nurettin Ardıçoğlu Mədəniyyət Mərkəzində reallaşıb. Səhnə performansları alqışlarla müşayiət olunub. Gecə uzun müddət yadda qalan musiqi bayramına çevrilib.









İlk şərhi yaza bilərsiniz