Press "Enter" to skip to content

“Vestas Wind Systems A/S şirkəti” ilə əməkdaşlıq müzakirə olunub

Videokonfrans formatında görüş

Son yeniləmə: 29 Aprel 2026

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov “Danimarkanın Vestas Wind Systems A/S” şirkətinin marketinq, kommunikasiyalar, dayanıqlılıq və ictimai əlaqələr üzrə qrupun baş vitse-prezidenti Morten Dirholm ilə videokonfrans formatında görüş keçirib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüş zamanı Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı, yaşıl enerji ixracı üzrə regional mərkəzə çevrilməsi və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub: “Qeyd edilib ki, ölkəmizdə zəngin alternativ enerji potensialı mövcuddur və bu resurslardan səmərəli istifadə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Tərəflər birgə layihələrin həyata keçirilməsi, “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində külək enerjisinin ixracı, eləcə də şirkət tərəfindən külək turbinlərinin istehsalının lokallaşdırılması perspektivlərini nəzərdən keçiriblər”.

Görüşdə bərpa olunan enerji sahəsində tərəfdaşlığın genişləndirilməsinin ölkəmizin dayanıqlı iqtisadi inkişaf hədəflərinə töhfə verəcəyi vurğulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.