BAYRAQDAR MEDİA – Hatay Medeniyetler Korosu Iğdır Mədəniyyət Mərkəzində xüsusi konsert proqramı ilə çıxış edib. Müxtəlif dinləri, dilləri və mədəniyyətləri bir səhnədə birləşdirən xor birlik və qardaşlıq mesajları ilə tamaşaçıların rəğbətini qazanıb.
Igdir Universitetinin məlumatına əsasən, ifa olunan mahnılar zamanı zalda duyğulu anlar yaşanıb və tamaşaçılar mahnılara birlikdə qoşulublar: “Gecədə Hatayın zəngin mədəni irsi ilə Iğdırın qonaqpərvərliyi bir araya gəlib. Tədbirdə Iğdır valisi M. Fırat Taşolar, universitet rəhbərliyi və çoxsaylı qonaqlar iştirak ediblər”.
Proqramın sonunda xor kollektivi göstərdiyi uğurlu çıxışa görə təbrik olunub.









İlk şərhi yaza bilərsiniz