BAYRAQDAR MEDİA – İğdır şəhər mərkəzindən təxminən 38 kilometr məsafədə, 2200 metr yüksəklikdə yerləşən Korhan yaylasındakı Korhan qalası bölgənin tarixinin mühüm izlərini qoruyur. Tarixi İpək yolu üzərində, müdafiə üçün əlverişli sərt qayalıqlar üzərində inşa edilən qala bu gün əsasən dağılmış vəziyyətdədir.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, Ağrı dağının şimal yamacında yerləşən qala strateji mövqeyinə görə keçmişdə mühüm müdafiə məntəqəsi kimi istifadə olunub. Tarixi tikili bəzi mənbələrdə İğdır qalası adı ilə də qeyd edilir. Qalanın daxili və xarici hissələrdən, həmçinin vaxtilə iç qaladan ibarət olduğu bildirilir. 2001-ci ildə qala Erzurum Mədəniyyət və Təbii Sərvətləri Mühafizə Kurulu tərəfindən qeydiyyata alınaraq qoruma altına götürülüb. Bununla belə, təbii şərait və insan fəaliyyəti nəticəsində qalanın böyük hissəsi dağılıb, zirvə hissəsində torpaq altında qalan divar və tikili izləri isə onun keçmiş memarlığı barədə məlumat verir.






İlk şərhi yaza bilərsiniz