BAYRAQDAR MEDİA – “Bugünkü görüş xüsusi tarixi əhəmiyyət daşıyır. Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfədir ki, QHT Forumu WUF-un rəsmi proqramının bir hissəsi kimi təşkil olunur”
Bunu WUF13 Təşkilat Komitəsinin üzvü, Azərbaycanın QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva mayın 19-da keçirilən “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO Forum”) adlı tədbirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki bu, sadəcə simvolik hadisə deyil. Bu, artıq beynəlxalq səviyyədə qəbul olunmuş mühüm reallığın təsdiqidir: dayanıqlı şəhər inkişafı və urbanizasiya vətəndaş cəmiyyətinin iştirakı və tərəfdaşlığı olmadan mümkün deyil. Biz bu tarixi ilk təcrübənin məhz Azərbaycanda baş tutması ilə qürur duyuruq”, — deyə o bildirib.






İlk şərhi yaza bilərsiniz