Son yeniləmə: 11 Oktyabr 2026
BAYRAQDAR MEDİA – Türkiyənin Şanlıurfa şəhərində sentyabrın 30-dan oktyabrın 4-dək keçirilən TEKNOFEST Cənub-Şərqi 2026 festivalında İstanbul Universitetini təmsil edən BUMZ.ai komandası Səhiyyədə Süni İntellekt müsabiqəsinin universitet və yuxarı səviyyə kateqoriyasında ikinci yeri tutub. Komanda mükafatını Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və TEKNOFEST İdarə Heyətinin sədri Selçuk Bayraktardan alıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Araşdırma qrupu genetik variantların xəstəlik törədici və ya zərərsiz olduğunu müəyyənləşdirən süni intellekt modelləri hazırlayıb. Komandaya İstanbul Universitetinin kompüter və informasiya texnologiyaları fakültəsinin elmi işçisi Muharrem Atakan Şentürk rəhbərlik edib; layihədə İstanbul Universiteti və İstanbul Universiteti-Cərrahpaşa Tibb fakültələrinin tələbələri iştirak ediblər.
Festival çərçivəsində 81 Türkiyə şəhərindən və 99 ölkədən müraciətlər qəbul olunub. 62 əsas və 145 alt kateqoriyada keçirilən yarışlara 730 mindən çox komanda və 1,6 milyondan artıq iştirakçı müraciət edib, seçim mərhələlərindən sonra 2 mindən çox komanda finala yüksəlib.






İlk şərhi yaza bilərsiniz