BAYRAQDAR MEDİA – Akdeniz Universiteti Sosial Elmlər Peşə Məktəbinin 2025–2026-cı tədris ili məzuniyyət mərasimi böyük coşqu ilə keçirilib. Məktəb fəaliyyətinin 50-ci ilində təxminən 500 məzun yola salıb.
Bu barədə Akdeniz Universitetinin məlumatında qeyd edilib.
Məlumata görə, tədbirdə tələbələr, ailələri və müəllimlər məzuniyyət sevincini birlikdə yaşayıblar.
Mərasim Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün və şəhidlərin xatirəsinin yad olunması ilə başlayıb. Tədbirdə universitet rəhbərliyi peşə məktəblərinin istehsal və xidmət sektorları üçün əhəmiyyətindən danışıb. Məzunlara diplomlar təqdim olunub, daha sonra ənənəvi papaqatma mərasimi keçirilib. Tədbir tələbələrin ailələri ilə xatirə şəkilləri çəkdirməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz