Press "Enter" to skip to content

Azərbaycanın turizm imkanları tanıdılıb

Tədbir zamanı

BAYRAQDAR MEDİA – İyunun 3-də Azərbaycan Turizm Bürosu 10 yerli turizm sənayesi nümayəndəsi ilə birlikdə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Bürosu və Ümumdünya Turizm Təşkilatları Alyansı tərəfindən təşkil olunan “Çin-Azərbaycan Turizm Dialoqu” tədbirində iştirak edib.

Bu barədə Dğvlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə hər iki ölkənin dövlət və özəl turizm qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların rəsmiləri və turizm sənayesinin aparıcı ekspertləri iştirak ediblər: “Qeyd edək ki, mayın 29-da Çin turizm sənayesi ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın turizm məhsulları və unikal turizm imkanları barədə məlumatlılığın artırılması, eləcə də ölkəmizin Çin bazarında tanıtım fəaliyyətlərinin gücləndirilməsi məqsədilə Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı baş tutub”.

Xəbərdə o da vurğulanıb ki, mayın 29-da Çin turizm sənayesi ilə əməkdaşlığın daha da gücləndirilməsi, Azərbaycanın turizm məhsulları və unikal turizm imkanları barədə məlumatlılığın artırılması, eləcə də ölkəmizin Çin bazarında tanıtım fəaliyyətlərinin genişləndirilməsi məqsədilə Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı olub.

2026-cı ilin yanvar-aprel aylarında Çindən Azərbaycana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 % artaraq 14 303 nəfər təşkil edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.